14 Avqust 11:06
1 908
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ analitiklərinə görə, Ukrayna qoşunları Kursk vilayətində (Rusiya) iddia etdikləri ərazilərin hamısına nəzarət etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Avqustun 3-də Ukrayna Prezidenti Vladimir Zelenski Kursk vilayətində 74 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlayıb. Bununla belə, geolokasiya kadrları göstərir ki, Ukrayna qüvvələri Kursk vilayətinin 41 yaşayış məntəqəsi və ya yaxınlığında əməliyyat aparır. Amma ərazidə ISW-nin bu hesaba daxil etmədiyi kiçik yaşayış məntəqələri də var.

Avqustun 12-də Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Kurskda 1000 kvadratkilometrdən çox ərazinin ələ keçirilməsi barədə Zelenskiyə məruzə etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər