16 Avqust 00:44
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzza zolağında mümkün yeni atəşkəs razılaşması üzrə danışıqlar davam edir. Fələstinin radikal “HƏMAS” hərəkatını danışıqlarda Misir və Qətər təmsil edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden Dohada aparılan danışıqlara münasibət bildirərkən deyib.

“Onları (HƏMAS liderlərini) həm qətərlilər, həm də misirlilər təmsil edir”, - Bayden bildirib.

Qəzzada atəşkəs və “HƏMAS” hərəkatı tərəfindən girovların azad edilməsi üzrə danışıqların növbəti mərhələsi 15 avqust tarixində Qətərin paytaxtı Doha şəhərində başlayıb. Misir, Qətər və ABŞ liderləri avqustun 9-da birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər