19 Avqust 18:36
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sanksiya siyahısına anti-Rusiya xəttini izləyən Böyük Britaniyanın beyin mərkəzləri və konsaltinq agentliklərinin 32 nümayəndəsini əlavə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Londonun düşmənçilik cəhdlərində Böyük Britaniyada fəaliyyət göstərən bir sıra analitik mərkəzlər, konsaltinq agentlikləri və oxşar profilli digər strukturlar mühüm rol oynayır”, - diplomatik xidmət qeyd edib.

Dərc edilmiş siyahıya doqquz struktur və 32 işçi daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər