22 Avqust 10:23
11 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Xarkov vilayətinin Kupyan şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin müdafiə xəttini yarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Agentlik bildirir ki, Ukrayna qoşunları cəbhə xəttini sabitləşdirməyə çalışsa da, onların kifayət qədər qüvvə və texnikası yoxdur.

“Aktiv döyüşlər zamanı qoşunlarımız ukraynalı silahlıların müdafiə xəttini yarmağa müvəffəq olublar. Bu, Pesçanoy kəndi ərazisində Ukrayna qoşunlarının vəziyyətini xeyli pisləşdirib. Hazırda Ukrayna komandanlığı cəbhəni sabitləşdirməyə çalışır, amma qüvvə və vasitələrin çatışmazlığı vəziyyətə mənfi təsir göstərir”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər