8 Sentyabr 16:34
278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, - məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər