“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.
Bu barədə jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik deyib.
“Keçmiş prezident Donald Trampın sağ-salamat olmasına və hüquq-mühafizə orqanlarının cəld hərəkətə keçməsinə təbii ki, sevinirik. Biz, əlbəttə ki, siyasi zorakılığın istənilən formasını pisləyirik”, - deyə o bildirib.