16 Sentyabr 16:06
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas məqsəd Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq, Baş nazir Nikol Paşinyanı yola salmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu revanşist “Vətən naminə Tavuş” Hərəkatının lideri, keşiş Baqrat Qalstanyan deyib.

“Yalnız bir plan var: şərin (Paşinyan) aradan qaldırılması”, - keşiş bildirib.

Qalstanyan baş nazirliyə iddiasının olmadığını deyib:

“Mənim siyasi lider olmaq ambisiyam yoxdur, bunu əvvəldən demişəm. İndi başqa namizəd var, ya yox, bu, şərtidir, mənim üçün yekun nəticə vacibdir. Əgər başqa insanlar məsuliyyət daşıyacaqlarsa, istəsələr, heç kimə qadağa yoxdur, məncə, ən düzgünü budur”.

Revanşistlər sentyabrın 23-də yenidən İrəvanda Paşinyan hökumətinə qarşı itaətsizlik aksiyalarına başlayacaqlar. Qalstanyanın rəhbərlik etdiyi hərəkatın bundan öncəki ikiaylıq aksiyaları məqsədilərinə nail olmamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər