Almaniya yaxın vaxtlarda Ukraynaya "Panzerhaubitze 2000" özüyeriyən artilleriya qurğularını təhvil verəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
"Onlardan altısı, məncə, yaxın səkkiz həftə ərzində təhvil veriləcək" - nazir deyib.
Almaniya Kiyevə ABŞ-dan sonra ikinci ən böyük arsenal tədarükçüsü hesab olunur . Ölkə artıq Ukraynaya hərbi dəstək üçün təqribən 28 milyard avro ayırıb.