ABŞ prezidenti Co Baydenin administrasiyası amerikalı iş adamı İlon Maskı məsuliyyətsizlikdə ittiham edib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev bunu Maskın paylaşımına cavab olaraq bildirib.
Belə ki, İlon Mask "X" sosial şəbəkəsində Bayden və vitse-prezident Kamala Harrisə qarşı sui-qəsdə cəhdin olmadığına təəccübləndiyini ifadə edib. Ağ Evin sözçüsü bu paylaşımı belə şərh edib: “Zorakılıq qəti şəkildə qınanılmalı, heç vaxt təşviq edilməməli və bu haqda zarafat edilməməlidir. Bu ritorika məsuliyyətsizlikdir”.