8 Sentyabr 20:23
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın Karakasdakı səfirliyi bir neçə həftə gizli şəkildə Venesuela müxalifətinin lideri Edmundo Qonsales Urrutiaya sığınacaq verib.

Teleqraf.com xəbər verir ki, bu barədə RTL telekanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın milli parlamentə göndərdiyi məktuba istinadən məlumat yayıb.

Sənəddə qeyd edilib ki, Qonsales Urrutia iyulun 28-də keçirilən seçkilərdən qısa müddət sonra müvafiq sorğu ilə diplomatik missiya ilə əlaqə saxlayıb. Xarici siyasət rəsmilərinin kiçik bir qrupu ilə məsləhətləşdikdən sonra Veldkamp müxalifətçiyə “yaşıl” işıq yandırıb.

“Sentyabrın əvvəlində Qonzales Urrutia ölkəni tərk etmək istədiyini açıqlayıb. Mən onunla Venesueladakı vəziyyət, müxalifətin fəaliyyətinin əhəmiyyəti barədə danışdım və davamlı qonaqpərvərliyimizi təsdiqlədim. Bununla belə, Qonzales İspaniya ərazisindən mübarizəni davam etdirmək istədiyini bildirib”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər