19 Sentyabr 08:26
294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela prokurorluğu Argentina prezidenti Xavyer Mayli və onun Prezident Administrasiyasının baş katibi postunu tutan bacısı Karina Maylinin həbsinə order verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş prokuror Tarek Uilyam danışıb.

O bildirib ki, “Emtrasur” aviaşirkətinin təyyarəsinin oğurlanması işi üzrə iki prokuror təyin edib. Argentina lideri və digər iki müttəhim ağır oğurluq, əmlakın özgəninkiləşdirilməsi, təyyarəni relsdən çıxarmaq, çirkli pulların yuyulması və qanunsuz həbsdə şübhəli bilinir.

Venesuelanın "Emtrasur" şirkətinə məxsus "Boeing 747" yük təyyarəsi 2022-ci ildə Argentina hava limanında ələ keçirilib. 2024-cü ilin əvvəlində məhkəmə təyyarənin ABŞ-a təhvil verilməsinə qərar verib. Müsadirə edilən təyyarə sonradan məhv edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər