18 Sentyabr 22:43
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan və Macarıstan Livanda partlayan qurğuların istehsalını inkar edib.

Teleqraf.com xəbər verir ki, bunu Macarıstan hökumətinin rəsmi nümayəndəsi Zoltan Kovaç deyib.

O bildirib ki, "BAC Consulting" şirkəti sadəcə vasitəçi şirkətdir və bununla da Tayvanın “Gold Apollo” şirkətinin iddialarını təkzib edib.

Zoltan Kovaçın sözlərinə görə, sözügedən qurğular Macarıstanda heç vaxt mövcud olmayıb.

O qeyd edib ki, Budapeşt partlayışların araşdırılmasında bütün müvafiq beynəlxalq tərəfdaş qurum və təşkilatlarla əməkdaşlıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər