Belarusun Ali Məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən "Kastus Kalinovski" alayını terrorçu kimi tanıyıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Belarus Baş Prokurorluğunun şöbə müdiri Aleksandr Karpoviç deyib.
“Təqdim olunan sübutlar əsasında, ekstremist təfəkkürlü vətəndaşların Belarus ərazisində terror aktlarının təşkilində, planlaşdırılmasında və törədilməsində iştirakı müəyyən edilib”, - şöbə müdiri deyib.
O əlavə edib ki, ekstremist aktların hazırlanmasında alayın üzvləri də iştirak edib ancaq Belarus xüsusi xidmət orqanları bunun qarşısı alıb.