"France24" telekanalının jurnalisti Ketrin Norris Trent qanunsuz olaraq Kursk vilayətinə daxil olaraq materialı lentə alıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, jurnalistin hazırladığı material telekanalda yayımlanıb.
Yerli mətbuatda gedən xəbərə görə, Trent və bir qrup jurnalist Kursk vilayətində Ukrayna nəzarətində olan kəndlərə səfər ediblər.
Qeyd edək ki, bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyi altı əcnəbi jurnalisti cinayət işi üzrə axtarışa verib. Buna səbəb onların Rusiya ərazisinə qanunsuz səfər etməsidir.