26 Sentyabr 10:04
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqin irimiqyaslı fəlakətlə üz-üzə qaldığını iddia edir.

Teleqraf.com xəbər verir ki, nazir İsraillə “Hizbullah” arasında döyüşlərin miqyası artarsa, Tehranın Livanı hər vasitə ilə dəstəkləyəcəyini bildirib.

“Region irimiqyaslı fəlakətin astanasındadır. Əgər nəzarət edilməzsə, dünya fəlakətli nəticələrlə üzləşəcək”, - Əraqçi deyib.

İranın baş diplomatı əlavə edib ki, İran bu durumda bütün vasitələrlə Livan xalqının yanında olacaq.

Əraqçi həmçinin İsrailin “bütün qırmızı xətlər”i keçdiyini iddia edir və vurğulayıb ki, sülh və sabitliyin bərpası üçün BMT Təhlükəsizlik Şurası müdaxilə etməlidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər