7 Oktyabr 23:23
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiyanın baş naziri Robert Fiko Ukraynanın Rusiyaya uzaqmənzilli silahlardan atəş açmasına icazə verməyə çağıran avropalı rəsmiləri tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.

Məlumata görə, baş nazir müharibə qızışacağı təqdirdə, Brüsselin raketlə vurula biləcəyini deyib.

“Avropa Parlamentinin bəzi üzvləri orta mənzilli raketlər, uzaq mənzilli raketlər haqqında yaz mehinin rahatlığı ilə danışırlar. Belə bir raket Brüsseldəki fontana düşsə, onlar nədən danışdığını başa düşərlər” - Slovakiya hökumətinin başçısı bildirib.


Müəllif: Arzu

Oxşar xəbərlər