"Erməni istehlakçıları buğdadan düyüyə keçə bilər və bununla da müəyyən strateji məhsuldan asılılıqdan xilas ola bilərlər".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Siyasətçinin fikrincə, Ermənistanın təhlükəsizliyi həm də strateji mallarla bağlıdır.
"Strateji məhsullar dəyişə bilər. Vətəndaşlarımız başqalarının strateji malları hədəfləməsinə imkan verməmək üçün daha çevik olmalı və bu reallığa uyğunlaşmalıdırlar. Buğda strateji əmtəə ola bilər, amma nə vaxtsa biz düyüyə keçə bilərik" - Qriqoryan deyib.