İsrailin paytaxtı Təl-Əvivin şərqində bir qrup nümayişçi axşam saatlarında magistral yolu bağlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, etirazçılar Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsini tələb edib:
"Bir neçə etirazçı 20-ci şoseni bağlayıb, təkərləri yandırıb və yolun hərəkət hissəsində qraffitlər çəkiblər. Polis etirazçıları dağıdıb və beş şübhəlini həbs edib".