İran hakimiyyəti təyyarələrdə mobil telefonlar istisna olmaqla, bütün elektron rabitə vasitələrinə qadağa qoyub.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu deyib.
O, belə bir bəyanatla İranın İsrail ərazisinə raket hücumları və Livanda peycerlərin kütləvi partlayışlarından sonra regionda geosiyasi gərginliyin kəskin artması fonunda çıxış edib.
Yazırlu vurğulayıb ki, indi ölkəsində sərnişinlərə demək olar ki, bütün növ elektron rabitə vasitələrini həm əl yükündə, həm də qeydiyyatdan keçmiş baqajda təyyarələrə gətirmək qadağandır. İran hakimiyyəti yalnız mobil telefonlar üçün istisna edib.