12 Oktyabr 12:47
4 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması səbəbindən Qərb yol şəbəkəsinə qoşula bilmirik.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Təsəvvür edin ki, potensial sərhəd infrastrukturumuzdan istifadə etmədən inkişaf etməyə çalışırıq. Çünki birincisi, mahiyyətcə qlobal dəmir yolu şəbəkəsinə qoşulmaq, ikincisi, qlobal Şimal-Cənub və Şərqlə inteqrasiya üçün real imkanlar yoxdur. Qərb yol şəbəkəsi də Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin 100 faiz bağlanması səbəbindən ciddi şəkildə məhdudlaşıb”, - baş nazir bildirib.

Paşinyan bu durumu dəyişməyin vacib olduğunu iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər