Oktyabr ayında "The New Yorker" jurnalının üz qabığında Aleksey Navalnının portreti yer alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə nəşrin saytında məlumat verilib.
Qeyd olunur ki, buraxılış oktyabrın 21-də işıq üzü görəcək. Bu buraxılışda həmçinin Navalnının son illərdə həbsdə saxladığı gündəliklərindən bir parça dərc olunacaq.
Xatırladaq ki, Navalnı 2021-ci ildə həbs edilib. 2022-ci ilin oktyabrında Navalnıya qarşı ekstremist icma yaratmaq və təşkil etmək, iştirak etmək, habelə ekstremist fəaliyyəti maliyyələşdirmək maddələri üzrə ittihamı irəli sürülüb. O, bu ilin fevralın 16-da həbsxanada ölüb.