2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilininizi istintaqın xüsusi maraq dairəsinə düşməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Təqsirləndirilən Darço Xeçuaşvili öz ifadəsi ilə təsdiqləyib ki, 2016-cı ildə Mixail Saakaşvili və Giya Lortkipanidzedən (daxili işlər nazirinin keçmiş müavini) Givi Tarqamadzenin izlənilməsi tapşırığını alıb.
Nəzərinizə çatdırım ki, Givi Tarqamadzenin avtomobilinin partladılması - xoşbəxtlikdən itki yoxdur - parlament seçkilərinə üç gün qalmış ciddi fakt idi. Bu, çox güman ki, seçkilərə təsir etmək məqsədi ilə edilib. Bu cinayətdə Mixail Saakaşvili və Giya Lortkipanidzenin izinin müəyyən edilməsi insanı düşündürür və bu, istintaqın xüsusi maraq dairəsində olmalıdır”, - baş nazir bildirib.
Sentyabrda Gürcüstan polisi qiyabi məhkum olunmuş və 2016-cı ildə Tarqamadzeyə sui-qəsdin təşkilinə görə axtarışda olan David Xeçuaşvilini saxlayıb. Sentyabrın 19-da Xeçuaşvili Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçərkən tutulub.
Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, həbsindən sonra Xeçuaşvili ifadə verib ki, Tarqamadzenin izlənilməsi göstərişini Saakaşvili verib.