00:37
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və İsrail nümayəndə heyətləri Qətərin paytaxtı Dohada Qəzza zolağındakı münaqişəni müzakirə etmək, həmçinin atəşkəslə bağlı məsləhətləşmələr aparmaq üçün görüşəcəklər.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər hökumətinin başçısı Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O, bu barədə Dohada ABŞ dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib .

“Amerika və İsrail müzakirəçiləri Qəzza zolağında atəşkəs danışıqlarında irəliləyiş əldə etməyin yollarını müzakirə etmək üçün Dohada görüşəcəklər” dedi.


Müəllif: Arzu

Oxşar xəbərlər