01:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO-nun genişləməsi ədalətsizdir. Rusiya bu vəziyyəti dəyişdirəcək".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin BRİKS sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Bu ədalətlidirmi? Burada ədalət yoxdur və biz bu vəziyyəti dəyişmək istəyirik və buna nail olacağıq”- Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, ölkə NATO rəhbərliyinə alyansın genişlənməsinin dayandırılması xahişi ilə dəfələrlə müraciət edib, çünki bu, Rusiyanın təhlükəsizliyini təhdid edir.

Bununla belə, NATO sərhədləri Rusiya ərazilərinə doğru irəliləməkdə davam edir.


Müəllif: Arzu

Oxşar xəbərlər