01:17
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsinə dair razılaşmanın bağlanması imkanını müzakirə etmək üçün cümə axşamı günü Təl-Əvivə gedəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Oktyabrın 23-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanovla HƏMAS Siyasi Bürosunun rəhbərinin müavini Musa Əbu Mərzuk arasında görüş keçirilib . Onlar israilli girovlarla vəziyyəti və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər