01:08
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktau limanında “Şapşan” sürətli nəqliyyat-desant kateri təntənəli şəkildə Xəzər dənizinə buraxılıb.

Teleqraf.com xəbər verir ki, tədbirdə Manqistau vilayətinin akimatının (yerli idarəetmə orqanı – red.), Müdafiə Nazirliyinin, istehsalat müəssisəsinin, Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi, dənizçilər və silahlı qüvvələrin veteranları iştirak ediblər.

Kater dörd ekipaj üzvü üçün nəzərdə tutulub. Onun desant tutumu 20 dəniz piyadaçısı, kruiz məsafəsi 450 mil və sürəti 45 düyündür.

Təxribat əleyhinə kater dənizdə və çay mənsəblərində əməliyyatların keçirilməsi, desantın təchiz olunmamış sahilə daşınması və çıxarılması, atəş dəstəyi, tibbi təxliyə və çətin vəziyyətdə olanlara yardım üçün nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər