18:26
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətinin Selidovo şəhəri tədricən Rusiya ordusunun nəzarətinə keçir.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi analitik Denis Popoviç məlumat verib.

“Selidovo yavaş-yavaş Rusiyanın nəzarətinə keçir. Uqledarda baş verənlər burada təkrarlanır”, - ekspert bildirib.

Onun sözlərinə görə, şəhər və ətrafında vəziyyət pisləşir:

“Şəhərin önəmli bir hissəsi artıq düşmən tərəfindən ələ keçirilib. Şəhəri mühasirəyə almağa çalışırlar. Olduqca həyəcanlı məlumatlar var, Selidovoya gedən bütün yollar kəsilib və ya düşmənin atəşi altındadır”.

Popoviç qeyd edib ki, rusların hücumunun qarşısını almaq üçün Ukrayna ordusunun ciddi kadr çatışmazlığı var:

“Piyadalar irəliləyirlər, yeni mövqeləri tuturlar və yeni hücumlara başlayırlar. Onları öldürməklə qarşılarını almaq mümkün deyil”.

Analitik vurğulayıb ki, rusların irəliləyişi canları bahasına olsa belə, uğurlu alınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər