18:54
335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni təhlillər göstərir ki, dünyada ən çox intiharlar bazar ertəsi və Yeni il günü baş verir. Bununla belə, Yeni il və həftə sonlarında intiharların sayı ölkədən asılı olaraq dəyişir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Focus” yazır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2019-cu ildə 700 mindən çox insan intiharla həyatına son qoyub. Bu göstərici dünya üzrə ölənlərin təxminən 1.3 faizini təşkil edib. Qeyd olunan intiharların sayı malyariya, İİV və süd vəzi xərçəngindən ölənlərin sayından da çox olub.

Əvvəlki araşdırmalar intihar riskinin həftənin günündən asılı olaraq dəyişdiyini göstərir. Bununla belə, intihar və böyük bayramlar arasındakı əlaqə ətraflı öyrənilməyib.

Yeni araşdırmanın müəllifləri 1971-2019-cu illərdə 26 ölkədə 740 yerdə intiharlar haqqında informasiyaların yer aldığı məlumat bazasından istifadə ediblər. Təhlil 1.7 milyondan çox intihar hadisəsini əhatə edib.

Tədqiqat dövründə ən yüksək intihar nisbətləri Cənubi Koreya, Yaponiya, Cənubi Afrika və Estoniyada olub. Üstəlik, intiharların ən aşağı səviyyəsi Filippin, Braziliya, Meksika və Paraqvayda qeydə alınıb. Bütün ölkələrdə kişilər arasında, əsasən 64 yaşdan aşağı insanlar arasında qadınlara nisbətən intihar nisbətləri daha yüksəkdir.

Bütün ölkələr arasında digər iş günləri ilə müqayisədə ən çox intiharlar bazar ertəsi (ümumi sayın 15-18 faizi) günlərində baş verib.

Həmçinin alimlər müəyyən ediblər ki, həftə sonları Şimali Asiya, Asiya və Avropanın bir çox ölkələrində intihar riskləri az olur. Bu göstərici həftəsonu üçün Cənubi və Mərkəzi Amerika ölkələri, Finlandiya və Cənubi Afrika üçün yüksəkdir.

Tədqiq olunan bütün ölkələrdə Yeni il ərəfəsində intihar riski xüsusilə kişilər arasında artıb. Mərkəzi və Cənubi Amerika və Cənubi Afrikada Yeni il bayramında cüzi artımlar olub. Bu arada Şimali Amerika və Avropada Milad bayramı intiharları azalıb.

Şərqi Asiyada insanların Yeni ili qeyd etdiyi bölgələr arasında yalnız Cənubi Koreyada intihar riski azalıb.

Tədqiqatçılar bu göstəriciləri həftənin əvvəlində iş stresi, həmçinin Yeni il öncəsi, bayram günü və həftə sonlarında spirtli içkilərin daha çox qəbulu ilə əlaqələndirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər