18:34
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə min Şimali Koreya hərbçisi Ukrayna qoşunlarını çıxarmaq üçün nəzərdə tutulmuş əks-hücum əməliyyatı çərçivəsində Rusiyanın Kursk vilayətində yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” Ukrayna və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Məlumatda deyilir ki, ilk Şimali Koreya hərbçiləri bu həftənin əvvəlində Kurska gəliblər. 5000-ə qədər koreyalının da oktyabrın 28-nə qədər gələcəyi gözlənilir.

NYT-nin həmsöhbətləri deyirlər ki, bunlar Koreya Xalq Ordusunun elit bölməsinin bir hissəsidir. Onlar Vladivostokdan İl-76 təyyarələri ilə Rusiyanın qərbindəki hərbi aerodroma gətirilir, sonra isə döyüş bölgəsinə göndərilir.

Məlumata görə, Koreya qoşunları hələ döyüşə girməyiblər və cəbhənin bu hissəsində onların rolunun nədən ibarət olduğu hələ bəlli deyil.

Bununla belə, rəsmilər bildirirlər ki, Şimali Koreya kontingenti Rusiyaya Ukraynanın şərqində daha çox qüvvə saxlamağa imkan verəcək və burada qış başlamazdan əvvəl mümkün qədər çox ərazi ələ keçirməyə çalışacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər