20:13
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun Xındırıstan kəndində məcburi köçkün ailəsinin məskunlaşdığı evdə yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, Novruz Həmzəyevin ailəsinin yaşadığı altıotaqlı ev yanıb. Hadisə yerinə Ağdam rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq tikili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər