30 Oktyabr 22:46
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada vətəndaşları səfərbər etməyin zorakı üsulları ölkəni vətəndaş müharibəsinə sürükləyir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı deputat Aleksandr Dubinski özünün Teleqram kanalında yazıb.

“Öz ətrafına zəngin, silahlı və prinsipsiz insanları cəmləşdirərək, özünü lider elan edən şəxs Ukraynanı vətəndaş müharibəsinə aparır”, - o vurğulayıb.

Dubinski qeyd edib ki, adi ukraynalı üçün özünü qorumaq məsələsi Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq deyil, hadisələrin bu cür inkişafından qaçmaqdır.


Müəllif: Arzu

Oxşar xəbərlər