"Embawood" şirkəti məhkəməyə verilib.
Teleqraf.com "Valyuta.az"a istinadən xəbər verir ki, iddiaçı Məmmədova Nailə Dadakişiyevna adlı vətəndaşdır.
Onun iddia tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır.
İddiaya Yasamal Rayon Məhkəməsində baxılacaq.
Ülkər Xəlil iş üzrə hakim təyin edilib.
"Embawood" mebel istehsalı ilə məşğul olan şirkətdir.
Şirkətin deputat Məşhur Məmmədova məxsus olduğu bildirilir.