30 Oktyabr 22:33
216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika prezidenti Co Baydenin respublikaçıları "tullantı" adlandırması Demokratlar Partiyasını və prezidentliyə namizəd Kamala Harrisi narahat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə alman iş adamı, "Megaupload" və "Mega" xidmətlərinin yaradıcısı, Kim Dotcom təxəllüsü ilə tanınan Kim Şmits X sosial şəbəkəsində məlumat verib.

"Co Bayden bütün respublikaçı seçiciləri "zibil" adlandırdığı üçüm Harris ondan uzaqlaşır" - deyə iş adamı yazıb.

O qeyd edib ki, Bayden "sakitcə küncdə otura bilərdi", lakin indi seçicilər Baydenin Demokratlar üçün "yazdığı intihar məktubu"dan danışır.


Müəllif: Arzu

Oxşar xəbərlər