Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman Donald Trampı ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə SPA xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Məhəmməd bin Salman ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa zəng edərək, onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Məhəmməd bin Salman krallığın iki ölkəni birləşdirən tarixi və strateji əlaqələri gücləndirmək arzusunu ifadə edərək, dost Amerika xalqına Zati-alilərinin rəhbərliyi altında tərəqqi və firavanlıq arzulayıb”, - məlumatda deyilir.