İsrail qırıcıları Beyrutun cənubunda Rafik Həriri Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən ərazilərə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Al Jadeed telekanalı məlumat yayıb.
Partlayış səsləri hava limanının uçuş zolağından bir neçə yüz metr aralıda eşidilib.
Bildirilir ki, İsrail təyyarələrinin aktivliyinə və güclü zərbələrə baxmayaraq, Beyrut hava limanı adi qaydada fəaliyyətini davam etdirir.