Belarus prezidenti Aleksandr Lukaşenko Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.
"Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm" - Lukaşenko rəsmi təbrikində deyib.
Lukaşenko əlavə edib ki, seçkilərin nəticələri Trampın şəxsi şücaətinin təcəssümüdür. Belarus rəhbəri ona cansağlığı və Amerikanı yenidən möhtəşəm edəcək ağıllı siyasi qərarlar arzulayıb.