İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefonla danışıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı onlar İranla münaqişəni və İsrailin təhlükəsizliyini müzakirə edib:
“İsrailin Baş naziri yeni seçilmiş Amerika prezidentinə ilk zəng edənlərdən biri olub. Söhbət səmimi keçdi. Baş nazir Trampı seçkidə qələbəsi münasibətilə təbrik edib və onlar İsrailin təhlükəsizliyi üçün birgə işləmək barədə razılığa gəliblər. Onlar həmçinin İran təhlükəsini də müzakirə ediblər”.