11:57
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atəşkəs razılaşması “Hizbullah” terror təşkilatı tərəfindən pozulacağı təqdirdə, İsrail hərbçiləri dərhal cavab atəşi açacaqlar.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib.

Haqari deyib ki, İsrail ordusunun bölmələri hələlik Livanda qalır və razılaşmaya əsasən, hərbi qüvvələr mərhələli şəkildə növbəti 60 gün ərzində çıxarılacaq.

“İsrail Müdafiə Ordusunun missiyası razılaşmanın yerinə yetirilməsini təmin etməkdir. Ordu qətiyyətlə hərəkət edir və hər hansı bir pozuntuya cavab olaraq atəş açılacaq”, – deyə o vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər