Kiyevdə kritik obyektləri qorumaq üçün hava hücumundan müdafiə sistemləri yoxdur, bəzi Qərb ölkələri bu məsələdə bizə kömək etmirlər.
Teleqraf.com xəbər verir ki , Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şolts ilə birgə konfransda Qərbi tədarükləri gecikdirdiyinə görə qınayıb .
“Biz indi xüsusi obyekti mühafizə etməyin yollarını axtarırıq və belə sıx raket zərbələrinə dözəcək kifayət qədər gücümüz yoxdur, kifayət qədər hava hücumundan müdafiə sistemlərimiz yoxdur”, - deyə Ukrayna lideri bildirib.
O, konkret ölkələrin adını çəkməsə də, qeyd edib ki, söhbət Almaniyadan getmir.