10 Dekabr 14:27
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ administrasiyası Qəzza sektorunda atəşkəsə nail olmaq və girovların azad edilməsi üçün yeni hökumət üzvləri ilə fəal əməkdaşlıq edir. Məqsəd mümkün razılaşmanın Donald Trampın yanvarın 20-dəki inauqurasiyasından əvvəl baş tutmasıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Kanal bildirir ki, komandalar arasında sıx koordinasiya qurulub. Xüsusilə, Bayden komandasının nümayəndələri – ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk, Trampın Yaxın Şərq üzrə gələcək xüsusi nümayəndəsi Stiven Uitkoff sıx təmasdadırlar.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər