10 Dekabr 16:11
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətinin Pokrovsk şəhəri itirilsə, Dnepropetrovskdə cəbhə dağılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Aydar” taqımının komandiri Stanislav Bunyatov bildirib.

“Artıq hamı rusların Pokrovska girəcəyi ilə barışıb, amma bunun Dnepr bölgəsinin müdafiə qabiliyyəti üçün hansı nəticələrə gətirib çıxaracağını çox az anlayırlar”, - komandir belə qeyd edib.

Bunyatov vurğulayıb ki, Dnepropetrovsk vilayəti Donetsk kimi kəndlərdən ibarət deyil, ona görə də Rusiya ordusunun orada irəliləməsi daha sürətli olacaq.

Zabit həmçinin söyləyib ki, ruslar Dnepropetrovska daxil olan kimi, Rusiyaya ilhaq edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər