10 Dekabr 23:58
320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Suriyadakı durum barədə danışıblar. R.T.Ərdoğan bildirib ki, yeni dövr Suriyanın ərazi bütövlüyü və suverenliyi üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, Türkiyə Suriyanın terrordan xilas olması üçün çalışmağa davam edəcək.

Ərdoğan həmçinin vurğulayıb ki, Türkiyədəki suriyalıların qayıdışını asanlaşdırmaq məqsədilə lazımlı addımların atılması ölkəsinin prioritetidir.

Liderlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər