16 Dekabr 21:14
221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Estoniyadakı səfiri Zurab Xamaşuridze bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniya XİN-dən bildirilib.

Səfirlə keçirilmiş görüş zamanı Gürcüstanda aksiyalar zamanı vətəndaşlara, müxalifət liderlərinə və jurnalistlərə qarşı zorakılıq məsələsi və hökumətin Estoniya ilə bağlı bugünkü bəyanatı müzakirə olunub.

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bildirib ki, Gürcüstan hakimiyyətinin bəyanatları qəbuledilməzdir, düşmənçilikdir və yalanlarla doludur.

Qeyd edək ki, Gürcüstan hökumətinin Estoniyanın rəsmi şəxslərə tətbiq etdiyi sanksiyaya cavab olaraq bu gün yaydığı bəyanatda bildirilib ki, Estoniya və Litva Avropa İttifaqında məhdud suverenliyə malik olan və hökumətləri öz xalqının mənafeyinə uyğun deyil, xarici administrasiyaların diktəsi ilə hərəkət edən ölkələrdir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər