16 Dekabr 23:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astarada intihar hadisəsi baş verib.

Teleqraf.com-un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şahağacı kəndində baş verib. Mərhumun əmisi oğlu, Şahağacı kənd sakini Rafiq Xanlar oğlu Həsənov bildirib ki, o, evdə olarkən əmisi oğlu, 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun intihar etdiyini eşidib.

E.Həsənov digər əmisi oğlunun heç kəsin yaşamadığı evində intihar edib.

Mərhum bir neçə il öncə həyat yoldaşından boşanıb.

İntiharın səbəbi açıqlanmır.

Meyit müayinə olunması üçün “Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya” Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər