18:43
389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada baş verən hadisələrdən sonra ilk açıqlamasını verən keçmiş prezident Bəşər Əsəd
dekabrın 8-i səhərə kimi Dəməşqdə qaldığını və həmin gün axşam saatlarında respublikanı tərk etdiyini bildirib.

Teleqraf.com TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Əsədin mətbuat xidmətinin rəsmi Telegram kanalında dərc olunmuş bəyanatında bildirilib.

Əsəd qeyd edib ki, “terrorçular Dəməşqə girəndə” o, Latakiyaya gedib. Onun sözlərinə görə, paytaxtın süqutunu Rusiya hərbi bazasında olarkən öyrənib. O, həmçinin bildirib ki, Xmeymimdəki Rusiya hərbi bazasında olarkən pilotsuz təyyarənin hücumuna məruz qalıb və Moskvadan onun Rusiyaya təxliyəsi tələb olunub. Əsəd istefa vermək və ölkədən qaçmaq ehtimalını nəzərə almadığını bəyan edib.

Onun sözlərinə görə , o, Suriyanı tərk edəndə onun ordusu "son ayaqları üzərində idi" və bütün hökumət qurumları iflic vəziyyətinə düşmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər