Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Macarıstanın Milad dövründə Rusiya ilə barışıq təşəbbüsünə qarşı çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belçikanın paytaxtında keçirilən görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.
O qeyd edib ki, Brüsseldə keçirilən görüşdə “mübariz əhval-ruhiyyə” üstünlük təşkil edib.
"Yalnız Avropa İttifaqının xarici işlər nazirləri deyil, həm də mənim ukraynalı həmkarım Milad bayramları zamanı atəşkəsə mənfi münasibət bildirdi", - deyə Sziyarto bildirib .