14:46
286
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Suriyada sülhün bərqərar edilməsi səylərinə zərbə vurur.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bildirib.

Məlumata görə, rəsmi Ankara İsrail dövlətinin Qolan təpələrində qanunsuz məskunlaşmanın genişləndirilməsi ilə bağlı qərarını qəti şəkildə pisləyir.

Qeyd olunub ki, sözügedən qərar Suriyada sülh və sabitliyin bərqərar olunmasına dair səylərə ciddi zərbə vurur.

Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə cavab olaraq müvafiq tədbirlər görməyə və Netanyahu hökumətinin qanunsuz addımlarına son qoymağa çağırıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər