Rusiya İsrailə Qolan təpələri ilə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "TASS" informasiya agentliyinə müsahibəsində bildirib.
Ryabkov Qolan təpələrinin İsrail tərəfindən ilhaqının qəbuledilməz olduğunu vurğulayıb.
Onun fikrincə, İsrail indiki vəziyyətdə Suriyada bu ölkə ilə 1974-cü il müqaviləsinin icrasına qayıtmalıdır.