15:21
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimalını PKK/YPG terror təşkilatından təmizləmək əməliyyatları davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Suriya Milli Ordusu (SMO) tərəfindən təmizlənən Mənbiç vilayətində PKK/YPG-nin tərk etdiyi çoxlu sayda sursat dolu maşınlar qalıb.

Təxminən 8 ildir Mənbiçə nəzarət edən PKK/YPG-nin SMO-nun əlinə keçməməsi üçün maşınları yandırdığı və tunellərə girərək şəhərdən piyada qaçdıqları üzə çıxıb.

SMO bəyan edib ki, şəhərdə partlamamış hərbi sursatlarla dolu maşınlar çıxarılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər