16 Dekabr 23:20
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni prezidenti Donald Tramp bildirib ki, hərbi münaqişədən sonra Ukrayna şəhərlərinin bərpasına 100 il lazım olacaq və ölkə artıq əvvəlki kimi olmayacaq.

Teleqraf.com xəbər verir ki, Mar-a-Laqo malikanəsindəki mətbuat konfransında sualları cavablandıran Tramp mütəmadi olaraq hərbi hesabatları oxuduğunu və “belə bir şey görmədiyini” söylədi.

Onun sözlərinə görə, Ukraynada baş verənlər münaqişənin hər iki tərəfinin bildirdiklərindən qat-qat pisdir. O, həmçinin Moskva ilə Kiyev arasında birbaşa qarşıdurmaya imkan verməyəcəyini bir daha təkrar edib .

“Rusiyanın Ukraynanı işğal etmək niyyəti yox idi. Əfqanıstanda baş verənləri xatırlayın. Putin heç vaxt ora girməzdi... Və şəhərlərin çoxu dağıdılıb. Bu, 100 illik bərpadır və Ukrayna bir daha heç vaxt əvvəlki kimi olmayacaq”, - Tramp bildirib.

Tramp həmçinin bildirib ki, o, Ukraynadakı münaqişəni dayandırmaq üçün fəal işləyir və artıq “az irəliləyiş” əldə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər